ŞƏHİD AİLƏLƏRİNƏ ƏRZAQ SOVQATLARI TƏQDİM OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 773
			
	
        
		
			
		
		
	
	
		YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Ramazan bayramı münasibətilə Darquba kəndində Birinci Qarabağ muharibəsi şəhidi  Qadir Zeynalov və Vətən muharibəsi şəhidləri-Eşqin Cəfərzadənin və Orxan Dadaşlının ailələrini ziyarət edib.  Ziyarətdə həmçinin Darquba kənd ərazi partiya təşkilatının sədri Mais Kazımov və YAP fəalları da iştirak ediblər. Hər bir şəhid ailəsinə YAP Lənkəran rayon təşkilatı adından ərzaq sovqatları təqdim olunub. İqbal Əmənullayev şəhid ailələrinin evlərini ziyarət edərkən kənd ərazisində hər birinin xatirəsinə ehtiram əlaməti olaraq salınmış parka, ucaldılmış abidə-bulaq kompleksinə, eyni zamanda evlərində yaradılmış güşələrinə baxış keçirib. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				