ÜZEYİR HACIBƏYLİ XIII BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLƏCƏK

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Mədəniyyət Nazirliyindən bildirilib ki, bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.