ÖZBƏKİSTAN LATIN ƏLİFBASINA KEÇİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1647
			
	
        
		
			
		
		
	
	
		Özbəkistanın Baş naziri Abdulla Aripov ölkə müstəqilliyinin 30 illiyinə hazırlıqla bağlı bu il avqustun 1-dən tam  olaraq latın əlifbasına keçməklə bağlı göstəriş verib.dövlət orqanları iyul ayının sonunadək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin etməlidirlər.Xatırladaq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi.
    
        
                    
            
	
	
				
				
		
	
	
				