ÖLKƏMİZƏ GƏLƏN TURİSTLƏRİN SAYI ARTIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 986
			
	
        
		
			
		
		
	
	
		Karantin qaydalarının bir qisminin ləğv olunması ilə ölkəmizə səyahət edən turistlərin sayı artıb. Onlar əsasən Hindistan, İran, Gürcüstan, Türkiyə və Rusiyadan  gələnlərdir. Turist axınını nəzərə alan Dövlət Turizm Agentliyi təbliğat və marketinq işlərini gücləndirməyə qərar verib. Belə ki, bir sıra ölkələrlə aviareyslərin sayı artırılıb. Yay mövsümündə birbaşa uçuşların daha da artırılması planlaşdırılır. Bütün görülən tədbirlərdə əsas məqsəd davamlı inkişafı təmin etmək və pandemiyadan əvvəlki göstəriciləri bərpa etməkdir. Hədəf ölkələr sırasında isə Yaponiya, Çin və Cənubi Koreya durur. Xüsusən də azad edilən ərazilərimizin yüksək turizm potensialı bizə imkan verir ki, ölkəmizə gələn qonaqların, yenidən Azərbaycana dönməsini təmin edək. Ancaq bunun üçün əlbətdə ki, müəyyən zaman lazımdır. Ən azından biz bu məsələyə ərazilərimiz minalardan təmizləndikdən sonra qayıda bilərik.
    
        
                    
            
	
	
				
				
		
	
	
				