ÇİNİN GÜNƏŞ ENERJİSİ İLƏ İŞLƏYƏN KOSMİK DRONU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 855
			
	
        
		
			
		
		
	
	
		Çin günəş batareyaları ilə işləyən “Çiminsin-50” dronunu  sınaqdan keçirib. Yerə yaxın kosmik fəzada uçuşlar üçün nəzərdə tutulna PUA-nın sınaqları uğurlu olub. Bu barədə bazar günü Çinin Aviasiya Sənayesi Korporasiyası məlumat verib. Birinci Aviasiya Quruculuğu İnstitutu tərəfindən hazırlanmış “Çiminsin-50” iri ölçülü iki gövdəli PUA-dır. O, ölkənin şimal-qərbindəki Yulin şəhəri yaxınlığından havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib. Qeyd olunur ki, “Çiminsin-50” yaxın kosmosa uçuş üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin Çinin Aviasiya Sənayesi Korporasiyası tərəfindən yaradılmış günəş batareyaları ilə tam işlək drondur. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				