ÇAVUŞOĞLU ERMƏNİSTANI SÜLHƏ ÇAĞIRDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1081
			
	
        
		
			
		
		
	
	
		Ermənistan Azərbaycanın xoşniyyətli yaxınlaşmalarına cavab verməlidir. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu BMT- nin  Beynəlxalq Miqrasya Formunda iştirakından sonra keçirdiyi brifinqdə deyib. Çavuşoğlu bildirib ki , Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin- amanlıq  istədiyni dünyaya göstərib.  Ermənistana hərtərəfli sülh sazişi təklif edib.  Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə  birgə komisiyanın yardılması gündəmə gəlib.  Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib.  Birgə sərhəd  komisiyası yaradılıb deyə,  Çavuşoğlu vurğulayıb .  Türkiyəli  Nazir  habelə Azərbaycanın da  Türkiyə və Ermənistan arasında danışıqları dəstəklədiyni deyərək  bunun müsbət hal olduğunu qeyd edib.  
    
        
                    
            
	
	
				
				
		
	
	
				