DANIŞIR QƏRBİ AZƏRBAYCAN / HİCRAN ABBASOV / ZƏNGİ ÇAYININ ADINI DƏYİŞİBLƏR

Hicran Abbasov Zəngibasarlıdır. Öz yurdundan, yuvasından didərgin salınaraq bu gün yurd həsrəti ilə yaşayan soydaşlarımızdan biridir. Hicran Abbasov deyir ki, bu gün ermənilər onların kəndlərindən keçən Zəngi çayının adının dəyişdirsələr də, o çay, elə Zəngi çayı olaraq da qalacaq, bu yurdun sakinlərinin yaddaşlarında. O, tezliklə yenə öz yurduna dönəcəyinə inanır. Geri döndükdə isə ilk olaraq babasının məzarına baş çəkəcək.