AZƏRBAYCAN AİLƏSİNDƏ ERKƏN NİKAHIN TÖRƏTDİYİ FƏSADLAR

Bu ay “Ağsaqqal sözü” verilişinin yaradıcı birliyi ağsaqqallarımızla birgə Talabıqışlaq, I Nügədi və İspik İƏD-lərində olub, əhali ilə görüşüb. Müvafiq olaraq yerlərdə erkən nigah, təhsil və müassir Azərbaycan ailəsində milli-mənəvi dəyərlər mövzularında söhbətlər aparıb. Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam və etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.