TARİXİ ABİDƏLƏR – XUDAFƏRİN KÖRPÜLƏRİ

Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bu körpülər Azərbaycanın Cəbrayıl rayonunun

ərazisindədir. Xudafərin körpüləri nələrin şahidi olmayıb? Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının, XX əsrin sonlarında Cəbrayılın Ermənistan tərəfindən işğalının və 2020-ci ilin 18 oktyabrında Cəbrayılın işğaldan azad olunmasının...