TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR
Baxış sayı: 11
Hər çağınız aydın olsun əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbəti sayında hər birinizi xoş gördük. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bildirim ki, bu günkü verilişimizi Quba rayon I Nügədi inzibati ərazi dairəsinin Nügədi kəndindən hazırlamışıq. Auditoriyamızı Nügədi kənd sakinləri təşkil edir. Bu günkü verilişimizin mövzusu təhsillə bağlıdır. Hər hansı bir millətin, xalqın gələcəyini görmək istəyirsinizsə, onun təhsilinə nəzər yetirin. Həmin ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Ümummilli Lider Heydər Əliyev təkcə siyasi lider deyil, həm də bir müəllim, bir tərbiyəçi kimi Azərbaycan gəncliyinin, müəlliminin və ziyalısının gələcəyini düşünən əvəzsiz dövlət xadimidir”. Ulu öndərin təhsilə verdiyi önəmi ən yüksək səviyyədə ifadə edən faktlardan biri onun “Təhsil millətin gələcəyidir” fikridir. Bu, sadəcə bir sitat deyil, bütöv bir dövlət siyasətinin ana xəttidir.
#Quba #QafqazTV #Ağsaqqalsözü #gənclik #gəncnəsil #təhsil