“QONAQ OTAĞI” – PEDAQOQ ŞÜKÜR BAXIŞOV: “DÜŞMƏNLƏRİMİ DOSTLARIMIN ARASINDA TAPMIŞAM”

Bu dəfə “Qonaq otağı” verilişinin qonağı Qubanın qocaman ziyalılarından olan Şükür Baxışov idi. Uşaq yaşlarından şair Səməd Vurğunla tanışlığından təsirlənərək yaradıcılığa başlayan Şükür Baxışov yaşamının bu günə qədər heç kimə açmadığı səhifələrini bu verilişdə vərəqlədi.