“Birini Seç” – Tərlan Məmmədovun ən səmimi seçimləri: “Keçmişə dönsəydim...”
Baxış sayı: 7
“Birini seç” verilişinin bu buraxılışında qonağımız — Quba Soyqırımı Memorial Kompleksinin ingilis dilli bələdçisi Tərlan Məmmədov oldu.
Gənc bələdçinin seçimləri həm rəngarəng, həm də onun xarakterini göstərən məqamlarla yadda qaldı.
Tərlan milli dəyərlərinə bağlılığını vurğulayaraq milli geyimləri dəbli geyimlərdən üstün gördü.
Təyyarəyə heç vaxt minmədiyi üçün avtobusu seçdi, çay–qəhvə arasında isə çayı seçməyə üstünlük verdi.
Hava ilə bağlı sualda isə günəşli havanı qarlı havadan daha yaxın bildi.
Verilişin ən təsirli anı isə “Keçmişə dönmək, yoxsa gələcəyə getmək?” sualına verdiyi cavab oldu.
Tərlan bildirdi ki, bu günlə yaşamaq daha doğrudur, amma:
“Keçmişə dönmək mümkün olsaydı, itirdiyim insanlarla bir daha görüşərdim.”
Bu buraxılışda Tərlanın seçimləri ilə yanaşı, onun həyat və dəyər anlayışının səmimi tərəflərini də kəşf edəcəksiniz.
👇 Ən maraqlı seçimlər və səmimi cavablar videoda!
