“ÇÖLDƏ YAŞAM ÖYÜDLƏRİ” XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLI İLƏ

O, illərini nə vaxtsa Türk Birliyinin qurulacağına inanaraq yaşadı. Üzünü hər zaman doğuya tutdu, Türkdilli xalqların yaşadıqları yurd yerlərini oba-oba, oymaq-oymaq dolaşdı. Öz dilində danışmaqdan yorulmadı, usanmadı. Xalq şairi Sabir Rüstəmxanlı bu dəfə də daha bir Türk yurdunda, obasında idi. “Çöldə yaşam öyüdləri” verilişinin qonağı olan şair onun yaşamını şəkilləndirən öyüdlərdən, bu öyüdləri aldığı insanlardan və oxuduğu kitablardan danışdı.