Haqqımızda

Haqqımızda:

  09 avqust 2017-ci il tarixindən artıq yeni adı ilə fəaliyyətə başlayan Qafqazın ilk işgüzar və turizm kanalı olan "Qafqaz" TV, 1 sentyabr 1998-ci il tarixindən 09 avqust 2017-ci il tarixinə qədər başqa bir ad altında fəaliyyət göstərsə də, şirkətin rebrendinq qərarından sonra, "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası" 09 avqust 2017-ci il tarixində Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətə baxaraq müsbət qərar qəbul edib və o tarixdən etibarən telekanal yeni adı ilə turizm və biznes kanalı - “Qafqaz” TV olaraq fəaliyyətinə davam edir.

Hazırda Qubadan yayımlanan televiziya bütün Şimal regionu rayonlarını əhatə edir. “Qafqaz” TV -də yayımlanan bir-birindən maraqlı verilişlər Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə geniş izləyici auditoriyası toplayıb.

Ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya verməyi , rəngarəng televiziya proqramları, yerli televiziya verilişlərini çatdırmağı əsas tutan televiziyamız gün ərzində 18 saat efir yayımı həyata keçirir.Qafqaz TV-nin həftəlik efir müddətinin 70%-ni yerli verilişlər, qalan 30%-ni isə xarici proqramlar təşkil edir.

Bundan başqa Qafqaz TV 1 mart 2014-cü ildən etibarən təqdim etdiyi verilişləri televiziyanın rəsmi internet səhifəsi olan www.qafqaztv.az saytı vasitəsilə internet üzərindən də yayımlayır ki, bu da kanala daha çox izləyici auditoriyası qazandırıb.

Televiziya bununla da kifayətlənməyərək, mütəmadi olaraq öz istehsalı olan verilişlərini bütün mövcud sosial şəbəkələr vasitəsilə də yayımlayır.

Xatırladaq  ki, 2016-cı ilin noyabr ayından  Qafqaz Televiziyası analoq yayımından rəqəmsal yayıma keçib.

fbico48x.pngfbico48x.png

 instaico48x.pngyoutubeico48x.pngtwitico48x.png

     İndi artıq Qafqaz TV-ni daha rahatlıqla mobil telefonlardan da  izləmək mümkündür. Beləki, Play Store və ya Apple Store-dən mobil telefonlara Livetv.az applikasiyası yükləməklə digər Azərbaycan kanallarının siyahısında Qafqaz TV-ni də taparaq verilişləri izləmək olar. 

Bu verilişlər siyahısında təbiət qoynunda “Çölçü Obası” nda tanınan ziyalıların uğur hekayələrini danışdıqları, gənclərə həm işgüzar, həm də özəl həyatlarında yararlana biləcəkləri öyüdlərdən ibarət  verilişi, Turizm, işgüzar, təhsil, kültür xəbərlərini televiziya izləyicilərinə təqdim edən "Yeniliklər  Gündəlik Bilgi Paylaşımı", Azərbaycanda ilk telelahiyə olan, Azərbaycan folklor nümunələrinin gənclər arasında təbliği məqsədilə çəkilən intelektual yarışma   verilişi, gəncləri maraqlandıran məsələlər və gənclərin ölkənin ictimai, siyası və mədəni həyatında rolunun artırılması məqsədilə yayımlanan    verilişi, izləyiciləri maraqlandıran sosial məsələlər və onların çözümü haqqında olan   verilişi, Turizm terminlərindən və onların maraqlı açıqlamalarından bəhs edən “Turizmcə" verilişi,  bütün yaş quruplarından olan izləyicilərin böyük marağına səbəb olan, yeni turizm yerlərninin kəşfi ilə zəngin, ətraf mühitin qorunması, təbiətin insan yaşamında böyük rolunun təbliği məqsədilə təşkil olunan macəra dolu   verilişi daxildir.

Bununla bərabər Qafqaz TV-nin efirində, "Çölçü Biş Düşü", "Qonaq Otağı", "Sualçı", "Bilici", "Tanınmış Gəzginlər", Dünyanın Ənləri", “Dünyanın Böyük Şəhərləri" verilişləri də yayımlanır.

Bundan başqa Qafqaz TV-nın yeni layihələri olan  "Çölçünün Səsi", "Oxçuluq Yarışı", "Kənd İşi", "Gəlmələr", "Beyin Fırtınası", "Sağlıq turizmi", "İş törəsi", "Gör, Gəz, Tanı", "Əl İşi", "İnsan Mühəndisliyi" kimi verilişləri də yaxın zamanlarda efirdə olacaq.

Azərbaycanın ilk turizm və biznes yönlü kanalı olan "Qafqaz TV" öz efir strategiyasına Azərbaycandakı otel, istirahət mərkəzləri, retoranların tanıtım verilişlərinin, mövcud turizm marşrutlarını daha da tanıdacaq proqramların, turist qəbulu üçün potensial imkanları olan məkanların aşkarlanması, turizmin bütün sahələri üzrə verilişlərin hazırlanmasını daxil edib. Bundan başqa ayrı-ayrı regionlara məxsus adət-ənənələr, yaşam tərzləri, inanclar haqqında müxtəlif dillərdə verilişlər hazırlamaq, Azərbaycanının təbiəti, fauna və florası haqqında sənədli filmlərlə, məşhur adamların səyahət hekayələri ilə Azərbaycanın televiziya sahəsinə öz ərməğanını verməyi hədəfə alıb.

Qafqaz regionunda belə bir televiziyanın oluşumu gələcək illərdə Azərbaycana, daha sonra isə Qafqaza turist axınını gücləndirəcək və Azərbaycanın Qafqazda turizm təbliğat mərkəzinə çevrilməsinə imkan yaradacaq.